Əsas Səhifə > Dünya > Ukraynanı ağır qış gözləyir...

Ukraynanı ağır qış gözləyir...


7-11-2022, 08:37
Ukraynanı ağır qış gözləyir...
DİA.AZ: - "Rusiya prezidenti Vladimir Putin müharibədə uğur qazanmayacağını anladıqdan sonra qış aylarında Ukrayna xalqını qazsız və elektriksiz qoymaq istəyir. Elektrik stansiyaları raket zərbələriylə dağıdılır". DİA.AZ bildirir ki, bunu açıqlamasında qeyd edən politoloq Elxan Şahinoğlu bundan sonrakı vəziyyətin daha da acınacaqlı xarakter alacağına işarə edib.

"Ukraynanı ağır qış gözləyir" deyən ekspert fikrini belə davam etdirib:

"Kiyevin elektrik təhcizatıyla təminatı çətinləşib, evləri qızdırmaq çətinləşib. İş o yerə çatıb ki, Kiyev sakinlərinin qış aylarında şəhəri tərk etməsi məsləhət görülüb. Bu milyonlarla insanın evlərini müvəqqəti tərk etməsi deməkdir. Ancaq bu Rusiyaya fayda gətirməyəcək.

Müharibə yeni mərhələyə daxil olur, hər iki tərəfin itkiləri artacaq".

Geri qayıt