Əsas Səhifə > Dünya > Rusiya Böyük Britaniyanı niyə özünə düşmən elan etdi?

Rusiya Böyük Britaniyanı niyə özünə düşmən elan etdi?


2-11-2022, 08:37
Rusiya Böyük Britaniyanı niyə özünə düşmən elan etdi?
Sevastopolda Qara Dəniz Donanmasının gəmilərinə hücumdan sonra Rusiya Federasiyası özünün “dost olmayan ölkələr” siyahısına yeni əlavələr edib. Siyahıya İngiltərənin nəzarətində olan 14 ada daxil edilib. Ruslar Böyük Britaniyanı hərbi gəmilərinə bu hücumun hazırlanmasında, eləcə də “Şimal axını 2” layihəsini pozmaqda əli olmaqda ittiham ediblər.

Böyük Britaniyanın Ukrayna ilə əməkdaşlığına gəlincə, Birləşmiş Krallıq hələ genişmiqyaslı işğaldan əvvəl dənizdə döyüş vasitələrinin gücləndirilməsinə diqqət yetirirdi. Ukraynanın ən yeni donanmasını yenidən qurmasında - Xerson və Nikolayev vilayətlərində fabriklərin yenidən inşasında bizə kömək edən ingilislər idi. Məhz ingilislər ən son raket katerlərini bizə təhvil verməyə başladılar, dəniz mütəxəssislərimizə dərs verdilər və Ukrayna donanmasından istifadə üçün yeni strategiyanın hazırlanmasına kömək etdilər. Yəni ki, bu tərəfdaş Ukrayna Hərbi Dəniz Qüvvələrinin canlanması kontekstində həmişə flaqman olub.

Həmçinin, yəqin ki, xatırlatmağa dəyməz ki, Rusiya Federasiyasının tammiqyaslı işğalı başlayandan İngiltərə Ukraynaya fəal kömək edən ilk ölkələrdən biri oldu: Britaniya siyasətçiləri ölkəni Ukraynaya kömək etmək və eyni zamanda, Ukraynaya qarşı müqavimət göstərmək üçün birləşdirdilər. Boris Conson, Liz Trass və Ben Vallasın siyasətini xatırlayın. Bunlar bəlkə də dünyanın ən parlaq anti-Rusiya siyasətçiləridir.

Ukraynaya qarşı genişmiqyaslı hücumun başlaması ilə Britaniya 2023-cü ilin əvvəlindən Rusiya ixracından uzaqlaşmağı planlaşdırırdı. Ancaq göstərici olaraq, iyul ayında Rusiya mallarından 100 faizindən imtina etdi.

Kremlin Britaniyanı günahlandırmasının başqa bir konkret səbəbi, bütün genişmiqyaslı müharibə dövründə bizim “gözümüz və qulağımız” olan Britaniya kəşfiyyatının səmərəli işidir. Yenə də MI6 dünyanın ən aktiv kəşfiyyat strukturlarından biridir. Britaniya əvvəlcə belə əməkdaşlığa təşəbbüs göstərdi, sonra isə NATO ölkələrinin kəşfiyyat xidmətləri ilə Ukrayna arasında qarşılıqlı əlaqədə əsas halqaya çevrildi. Və bu, rusların xoşuna gəlmir.

London uzun müddətdir ki, aydın anti-Rusiya mövqeyindədir. Xüsusən də ruslarla “şəxsi hesablar”a görə. Solsberi hadisəsi "İkinci Dünya müharibəsindən sonra Britaniya torpaqlarına edilən ilk hücum" adlandırılıb. Bunun üçün ruslar bağışlanmadı.

Əslində ingilislər Rusiyanın xaricdəki ən böyük casus şəbəkəsini effektiv şəkildə məhv edə bildilər. Məsələn, "Londonqrad"ı məhv etmək üçün müəyyən əməliyyat həyata keçirildi, bunun sayəsində Böyük Britaniyanın paytaxtı rus oliqarxları üçün pulların yuyulması yeri olmaqdan çıxdı.

Maraqlıdır ki, vaxtilə hətta Mühafizəkarlar Partiyası öz kampaniyalarını Rusiya Federasiyasının oliqarxlarının pulları hesabına maliyyələşdirirdi. Britaniyanın maliyyə qurumları vasitəsilə milyardlarla “rus” dolları axırdı, rus oliqarxları bir neçə qəzetə, nəqliyyat şirkətlərinə sahib idilər, amma sonda bundan məhrum oldular. Ruslar həm Londondakı hesablarını, həm də Britaniya siyasətçiləri üzərində qeyri-rəsmi təsirlərini itirdilər.

Buna görə də, hələ 2019-cu ildə (milli təhlükəsizliklə bağlı aralıq hesabat dərc olunanda) Böyük Britaniya Rusiya Federasiyası tərəfindən əsas təhdid kimi qiymətləndirilmişdi. Bütün bunlara görə də, indi ingilislərin Rusiyanın güclü düşməninə çevrilməsi təəccüblü deyil.

Müəllif: Aleksandr Kraev - "Ukrayna Prizması" Xarici Siyasət Şurasının eksperti
Mənbə: UNİAN
Tərcümə AYNA-ya məxsusdur

Geri qayıt