Əsas Səhifə > Dünya > İran Ermənistanla “ayrı platforma” yaradır, “dəhliz” açır...

İran Ermənistanla “ayrı platforma” yaradır, “dəhliz” açır...


21-10-2022, 09:09
İran Ermənistanla “ayrı platforma” yaradır, “dəhliz” açır...
Biz Fars körfəzi-Qara dəniz dəhlizində Hindistanın oynaya biləcəyi rol haqda yekdil fikrə gəldik.

DİA.AZ axar.az-a istinadla xəbər verir ki, bu sözləri İrəvanda səfərdə olan İranın XİN rəhbəri Hüseyn Əmir Abdullahian erməni həmkarı Armen Mirzoyanla mətbuat konfransında deyib.

O bildirib ki, bu yol ilə bağlı məqsədləri reallaşdırmaq və bu dəhlizin tikintisində daha da mühüm rol oynamaq üçün Ermənistan-İran-Hindistan üçtərəfli platformasının formalaşdırılmasının vacibliyini qeyd edib:

“Mənim Ermənistana səfərimin əsas məqsədlərindən biri Fars körfəzi-Qara dəniz dəhlizidir”.

Qeyd edək ki, ötən gün Ermənistana səfər edən Abdullahian bu gün Qərbi Zəngəzurda İran Baş Konsulluğunun açılması mərasimində iştirak edəcək.

Geri qayıt