Əsas Səhifə > Dünya > Ukrayna üçün Belarus təhdidi və ya Lukaşenko üzünü Çin və Türkiyəyə çevirir

Ukrayna üçün Belarus təhdidi və ya Lukaşenko üzünü Çin və Türkiyəyə çevirir


19-10-2022, 08:23
Ukrayna üçün Belarus təhdidi və ya Lukaşenko üzünü Çin və Türkiyəyə çevirir
ATƏT-in Ukraynaya qarşı təcavüz məsələsini təsvir edən sənədlərində Belarus siyahıdan çıxarıldı. Bununla belə, Belarus ərazisindən Ukraynanın atəşə tutulması və rus qoşunlarının cəmləşdiyi yerlər faktı var. Onlar Ukrayna üçün qanuni hədəf ola bilərlər. Baxmayaraq ki, burada tərəfdaşlarımızın reaksiyasını nəzərə almağa dəyər (onlardan bəziləri hələ də Rusiya Federasiyasına zərbələrin əleyhinədir, heç Belarusu demirəm).

Həmçinin rus qoşunlarının və Belarus qoşunlarının cəmləşdiyi yerləri ayırmaq lazımdır. Məsələn, Belarusun Brest vilayətində yerləşən Luninets aerodromu (gələcək həftələrdə) rus qoşunlarının cəmləşməsinin mümkün olduğu yerdir. 8 aydır ki, Zyabrovka aerodromunun ərazisində rusların qeyri-rəsmi bazası fəaliyyət göstərir. Yeri gəlmişkən, bu aerodromda artıq bir neçə “alovlanma” baş verib. Bu, qanuni hədəflər kimi qəbul edilə bilər.

Rusiya hərbçilərinin nəzarətində olmayan digər obyektlərə gəlincə, onlar yalnız o halda qanuni hədəf ola bilər ki, Belarus qoşunları Ukraynaya qarşı təcavüzdə birbaşa iştirak etsin. Bundan əlavə, Ukrayna Silahlı Qüvvələrinin Belarus ərazisindən hücumlara niyə cavab vermədiyindən danışsaq, bir neçə amili nəzərə almaq lazımdır.

Birincisi, bu obyektlərin həqiqətən də Ukraynaya qarşı hücumlarda iştirak edib-etmədiyini təsdiqləmək lazımdır.

İkincisi, bu hədəfləri vurmaq üçün kifayət qədər silah-sursatın olub-olmadığını, habelə münaqişənin miqyası genişlənərsə, cavab tədbiri görəcək qüvvələrin nə qədər yetərli olduğunu müəyyən etmək lazımdır.

Üçüncüsü və ən əsası, Ukraynada daha bir cəbhənin yaranmasının siyasi nəticələrini ölçüb-biçməyə dəyər. Axı bu gün Belarusu müharibəyə çəkmək Rusiya Prezidenti Vladimir Putinin qarşısına qoyduğu məqsəddir. Ukrayna onun istəyinə getməlidirmi?

Bu üç sualın cavabları qərar qəbul etmənin imkanlarını təşkil edir.

Belarus ərazisində vəziyyət indi "əzələ nümayişi " və ya ukraynalıların əsəbləri ilə oynamaq cəhdi kimi görünür. Bir tərəfdən Belarus Rusiya Federasiyasına silah, sursat və hərbi texnika ötürür (Əgər Belarusdan hücum hazırlanırdısa, bu sursatın ölkədə qalması daha məntiqli olardı). Digər tərəfdən, internet artıq Rusiyadan Belarusa kimin və nəyin gəldiyini əks etdirən fotolarla doludur - bunlar yük maşınları, eləcə də rus "mobilləri"dir.

Fikrimcə, bütün bunlar Ukraynaya hücumdan fərqli ssenari üçün nəzərdə tutulub. Bir neçə həftədən sonra cənub cəbhəsinə kütləvi rus “mobil”ləri gələndə Belarus hərbi təlimlər elan edəcək. Axı Ukraynanın öz qoşunlarının bir hissəsini cəbhədə operativ ehtiyat kimi yox, Belarus-Ukrayna sərhədi yaxınlığında saxlaması Rusiya üçün sərfəlidir.

Fakt budur ki, Lukaşenko və ətrafı başa düşür ki, Ukraynaya hücum onlar üçün ən pis ssenaridir. Ona görə də onlar fəal şəkildə Rusiyadan uzaqlaşmağa çalışacaqlar. Bunun üçün isə Belarus üçüncü dövlətlərdən yardım almağa can atacaq. Xüsusilə, Çinlə əməkdaşlıq aktivləşdirilib. Növbəti həftələrdə Lukaşenkonun Pekinə dəvəti təsdiqlənərsə, Çindən müəyyən təhlükəsizlik təminatları mümkündür. Eyni zamanda, rəsmi Minsk Türkiyə istiqamətini aktivləşdirir - Lukaşenko ilə Ərdoğan arasında ilk danışıqlar Astanada keçirilib və artıq Ankaraya ilkin dəvət var. Buna görə də, hər iki trek 2023-cü ilə qədər ifa edilə bilər.

Müəllif: İqar Tışkeviç – Gələcək Ukrayna İnstitutunun politoloqu
Mənbə: UNİAN
Tərcümə AYNA-ya məxsusdur

Geri qayıt