Əsas Səhifə > Dünya > İran Ukraynada NİYƏ GİZLƏNMƏYƏ ÇALIŞIR?

İran Ukraynada NİYƏ GİZLƏNMƏYƏ ÇALIŞIR?


17-10-2022, 08:47
İran Ukraynada NİYƏ GİZLƏNMƏYƏ ÇALIŞIR?
DİA.AZ: - "İran Rusiyaya pilotsuz uçuş aparatları satdığını niyə danır? Türkiyə Azərbaycana və Ukraynaya pilotsuz uçuş aparatları satıb və bunu heç zaman gizlətməyib. Sadəcə, Türkiyə ərazi bütövlüklərini təmin etmək uğrunda savaşan ölkələrə pilotsuz uçuş aparatları satıb". DİA.AZ bildirir ki, bunu açıqlamasında politoloq Elxan Şahinoğlu qeyd edib.

Politoloq daha sonra bildirir: "Tehran isə Ukraynaya qarşı işğalçı müharibə aparan Rusiyaya dronlar satıb, bu İran hakimiyyətinin “biz dövlətlərin ərazi bütövlüklərinin pozulmasının əleyhinəyik” bəyanatına ziddir. Ona görə də Rusiyaya silah satmalarını açıq şəkildə bəyan edə bilmirlər. Halbuki, hamı bilir ki, Rusiya İran dronları ilə Ukrayna şəhərlərini hədəf alıb, mülki insanları öldürüb. Ukrayna prezidenti Volodimir Zelenski şəhərləri hədəf alan İran dronlarının markasına qədər sadalayıb, qalılqarı mövcuddur. Bunlar varkən, Tehran hələ da reallığı inkar etməyə çalışır".

Geri qayıt