Əsas Səhifə > Dünya > "Putin pandora qutusunun ağzını açıb..."

"Putin pandora qutusunun ağzını açıb..."


26-09-2022, 08:40
"Putin pandora qutusunun ağzını açıb..."
DİA.AZ: - "Kreml saxta referendumun nəticəsinə görə Ukraynanın 4 bölgəsini Rusiyaya birləşdirəcək. Müharibə daha da şiddətlənəcək, bundan sonra mümkün danışıqların əhəmiyyəti qalmayacaq". DİA.AZ bildirir ki, bunu Rusiya-Ukrayna cəbhəsində müşahidə olunanları təhlil edən politoloq Elxan Şahinoğlu açıqılamasında qeyd edir.

Rusiyanın Ukraynaya aid bölgələri özününküləşdirmə siyasətinə diqqət çəkən politoloiq daha sonra vurğulayır: "Türkiyə tərəflər arasında taxıl anlaşmasından və əsirlərin dəyişdirilməsindəki vasitəçiliyindən sonra müharibənin dayandırılmasında artıq israr edə bilməyəcək. Çünki nə Kreml saxta referendumla Rusiyaya biləşdirdiyi bölgələri geri qaytarmaq istəyəcək, nə də Kiyev bununla barışaraq əks-hücumlarını dayandıracaq. Kreml Ukraynanın uğurlu əks-həmlələrinə cavab olaraq nüvə silahından istifadə edəcəkmi?

Vaşinqton Putini artıq xəbərdar edib, Kremli anladıblar ki, Ukraynaya qarşı nüvə silahından istifadə etsə, Rusiyaya da nüvə silahı atılacaq. Putin səfərbərlik qərarıyla Rusiyada mərkəzdənqaçma meyllərini gücləndirəcək. Dağıstanda etirazlar kütləvi xarakter alıb, valideynlər övladlarını ölümə göndərmək istəmirlər. Putin pandora qutusunun ağzını açıb, nəticə Rusiya üçün yaxşı olmayacaq".

Geri qayıt