Əsas Səhifə > Dünya > Ankaranın cavabı NƏ OLACAQ?

Ankaranın cavabı NƏ OLACAQ?


8-09-2022, 08:21
Ankaranın cavabı NƏ OLACAQ?
DİA.AZ: - "ABŞ və NATO Türkiyəyə qarşı ədalətsizlik edir, Ankara bu ədalətsizliyə necə cavab versə, göydən yerə qədər haqlıdır". DİA.AZ bildirir ki, bunu son günlər açıq hədəfə çevrilən qardaş Türkiyənin Qərblə yeni münasibət formalaşdırma cəhdlərini təhlil edən ekspert Heydər Oğuz bildirib.

Daha sonra politoloq əlavə edib: "Amma cavab da gərək məntiqli və mövzuya müvafiq ola. S-400 nədir ki, Türkiyə bu mənasız silaha görə keçmiş müttəfiqləri ilə az qala düşmənə çevrilir? Ukrayna savaşında hər gün neçə S-400 qurğusu göyə sovrulur.

Heç uzağa getməyək, Türkiyənin öz silahları istər Liviyada, istər Qarabağda S-400 olmasa da, onun kiçik qardaşı S-300-ləri vurmaqla ün qazanmışdı. Rusiyadan alınan silah hətta S-400 yox, atom bombası olsaydı, bu silahlara güvənib müttəfiqlərlə düşmən olmağa dəyməzdi. Məşhur bir söz var: atdığını daş vurduğun quşa dəyməlidir.

Paşinyan demişkən, atılarkən ya 10%-i partlayan, ya da ümumiyyətlə partlamayan rus silahlarının heç biri bu etimada layiq deyil".

Geri qayıt