Əsas Səhifə > Dünya > İrəvandakı partlayışda itkin düşən 6 iranlıdan 5-i Gürcüstanda tapılıb

İrəvandakı partlayışda itkin düşən 6 iranlıdan 5-i Gürcüstanda tapılıb


16-08-2022, 07:35
İrəvandakı partlayışda itkin düşən 6 iranlıdan 5-i Gürcüstanda tapılıb
Ermənistanın paytaxtı İrəvanın “Surmalu” ticarət mərkəzindəki yanğında itkin düşmüş hesab edilən altı İran vətəndaşından beşinin sağ oldu bildirilib.

Bu barədə Ermənistan Fövqəladə Hallar Nazirliyinin mətbuat katibi sosial şəbəkə hesabında bildirib ki, həmin şəxslər Gürcüstandadır.

İran səfirliyinin məlumatına görə, bu vətəndaşlar Ermənistan ərazisindən keçərək Gürcüstana gedirmişlər.

Beləliklə, hazırda itkin düşən vətəndaşların ümumi sayı 18-dir.

***

15.08.2022

Saat 22:45

İrəvanda “Surmalu” topdan satış bazarında partlayış zamanı itkin düşmüş hesab olunanların sayı 22 nəfər olub.

Bu barədə Ermənistan Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Onların arasında altı İran və bir Rusiya Federasiyası vətəndaşı da var.

***

Saat 14:43

İrəvanda “Surmalı” topdan satış bazarında partlayış zamanı itkin düşənlərdən biri İran vətəndaşı Mehri Tahreridir.

Bu barədə ölkənin Fövqəladə Hallar Nazirliyi açıqlama yayıb.

Hazırda itkin düşənlərin sayı artaraq 18 nəfərə çatıb.

Ərazidə axtarış-xilasetmə işləri davam edir.
//apa//
Geri qayıt