Əsas Səhifə > Dünya > Rusiya işğal etdiyi yeni şəhərlərin sakinlərinə pasport paylayır

Rusiya işğal etdiyi yeni şəhərlərin sakinlərinə pasport paylayır


7-06-2022, 09:03
Rusiya işğal etdiyi yeni şəhərlərin sakinlərinə pasport paylayır
Moskva və Kiyev arasında danışıqlar bərpa olunarsa, Rusiya tərəfi nəzarətdə saxladığı Xerson və Zaporojye vilayətlərinin statusunu müzakirə etməyəcək.

DİA.AZ teleqraf.com-a istinadla xəbər verir ki, bu barədə “İzvestiya” qəzeti Rusiyadakı yüksək vəzifəli mənbəyə istinadən məlumat yayıb.

Mənbənin sözlərinə görə, hazırda Ukrayna prezidenti “danışıq qrupları səviyyəsində təmasları bərpa etmək qərarına gələnə qədər” Moskva və Kiyev arasında danışıqlar mümkün deyil.

Xerson vilayətinin hərbi-mülki administrasiyası rəhbərinin müavini Kirill Stremousov bir müddət əvvəl bildirmişdi ki, Avropa İttifaqının mövqeyinə və yerlərdə sakinlərə verilən Rusiya pasportlarını tanımaqdan imtina etməsinə baxmayaraq, şəhərlərin Rusiya Federasiyasına inteqrasiya prosesini davam etdiriləcək. .

Ukraynanın Rusiyanın nəzarətində olan Zaporojye vilayətinin hərbi-mülki administrasiyasının əsas şurasının üzvü Vladimir Roqov bildirib ki, region əhalisinin təxminən 80%-i regionun Rusiya Federasiyasına birləşdirilməsinin tərəfdarıdır.

Eyni zamanda, Kremldə hələ Donbass, Zaporojye və Xersonda referendumların vaxtı ilə bağlı anlayış yoxdur.

Geri qayıt