Əsas Səhifə > Dünya > "Azovstal" müdafiəçiləri işğalçıları zavod ərazisindən vurub çıxarmağa başladı...

"Azovstal" müdafiəçiləri işğalçıları zavod ərazisindən vurub çıxarmağa başladı...


13-05-2022, 08:54
"Azovstal" müdafiəçiləri işğalçıları zavod ərazisindən vurub çıxarmağa başladı...
Ukrayna Milli Qvardiyasının "Azov" alayının hərbçiləri tam mühasirəyə və son dərəcə çətin vəziyyətə baxmayaraq Donetsk vilayətinin Mariupol şəhərindəki “Azovstal” zavodunun ərazisində Rusiya hərbçilərini darmadağın edir. DİA.AZ xəbər verir ki, moderator.az-ın rus versiyasının gecə saatlarında verdiyi xəbərə görə, bu barədə mayın 12-də alayın mətbuat xidməti məlumat yayıb və “YouTube”da “"Azov" alayı mümkün olmayanı edir” başlıqlı video yayımlayıb.

“Çox çətin vəziyyətə, sursat çatışmazlığına və çoxlu sayda yaralıya baxmayaraq "Azov" alayının əsgərləri “Azovstal” zavodunun ərazisində düşməni öncə ələ keçirdikləri mövqelərdən vurub çıxarmaqda davam edirlər. Mariupolun müdafiəçiləri düşmənin daim aviasiyadan, dəniz və top artilleriyasından, tanklardan və digər silahlardan istifadə etməsinə rəğmən düşmən mövqelərinə həmlə edərək mümkün olmayanı edir. Əsgərlərimizin Ukrayna uğrunda və şəxsi heyətin həyatının qorunması uğrunda mübarizəsi bütün çətinliklərə baxmayaraq davam edir”, - videonun şərhində belə deyilir.


Geri qayıt