Əsas Səhifə > Dünya > Rus oliqarxların pulu ilə Ukraynaya silah alına bilər

Rus oliqarxların pulu ilə Ukraynaya silah alına bilər


2-05-2022, 09:40
Rus oliqarxların pulu ilə Ukraynaya silah alına bilər
ABŞ Ukraynaya yardımı maliyyələşdirmək üçün rus oliqarxlarının aktivlərini müsadirə edə bilər. DİA.AZ AzVision.az-a istinadla xəbər verir ki, bunu “Reuters”ə ABŞ Senatındakı Demokratlar Partiyasının lideri Çak Şumer deyib. Onun sözlərinə görə, Konqres Bayden administrasiyasının Ukraynaya 33 milyard dollarlıq yardım paketi üçün əlavə maliyyə mənbələri tapmaq tələbinin üzərində işləyəcək.
Xüsusilə, ABŞ-a rus oliqarxlarının aktivlərini müsadirə etməyə və onların satışından əldə olunan pulları birbaşa Ukraynaya göndərməyə icazə verilməsi planlaşdırılır. Şumerin qeyd etdiyi kimi, federal məhkəmədə oliqarxlara məxsus əmlakın müsadirəsi prosesi sadələşdiriləcək:

“Həm də Rusiya hökuməti ilə korrupsiya sövdələşmələrindən əldə olunan gəlirlərə bilərəkdən sahib olmaq cinayət hesab ediləcək. Sanksiyaya məruz qalan rus oliqarxlarının qanunsuz qazanclarına görə cavab vermələrinin vaxtı çatıb”.

Geri qayıt