Əsas Səhifə > Dünya > "Təkcə Donbas istiqamətində Rusiyanın 13 tankı məhv edilib"

"Təkcə Donbas istiqamətində Rusiyanın 13 tankı məhv edilib"


25-04-2022, 08:17
 "Təkcə Donbas istiqamətində Rusiyanın 13 tankı məhv edilib"
Təkcə Donetsk və Luqansk vilayətləri ərazisində son sutkada Rusiya qüvvələrinin yeddi hücumu dəf edilib.

DİA.AZ “Report”a istinadla xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının gündəlik operativ məlumatında qeyd olunub.

“On üç tank, üç artilleriya sistemi, on yeddi zirehli texnika, dörd zirehli döyüş maşını və on səkkiz avtomobil və dörd yanacaqdaşıyan məhv edilib. Hava hücumundan müdafiə bölmələri sözügedən ərazidə “Orlan-10” tipli üç pilotsuz uçuş aparatını vurub”, - məlumatda vurğulanıb.

Geri qayıt