Əsas Səhifə > Dünya > "İstanbul prosesi Ukraynada sülhə aparan ən qısa yoldur"

"İstanbul prosesi Ukraynada sülhə aparan ən qısa yoldur"


23-04-2022, 08:50
"İstanbul prosesi Ukraynada sülhə aparan ən qısa yoldur"
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Niderlandın Baş naziri Mark Rutte arasında aparılmış telefon danışığının məğzi açıqlanıb. DİA.AZ teleqraf.com-a istinadla xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsi məlumat yayıb.

Məlumata əsasən, telefon danışığı zamanı regional məsələlər, xüsusilə Ukraynadakı hadisələr, eləcə də Türkiyə-Niderland münasibətləri müzakirə edilib.

R.T.Ərdoğan Ukraynada gərginliyin aradan qaldırılması istiqamətində göstərilən səylərdə İstanbul danışıqlar prosesisin ən etibarlı və qısa çıxış yolu xüsusiyyətini hələ də qoruduğunu vurğulayıb.

Başda humanitar dəhlizlərlə bağlı həm Rusiya, həm də Ukrayna səlahiyyətliləri ilə danışıqlarını davam etdirdiklərini bildirən Prezident Rəcəb Tayyib Ərdoğan iki ölkə arasında qarşıdurmanın dayandırılması və bu böhranın qlobal təsirlərinin azaldılması üçün atılacaq addımlarla bağlı səyləri davam etdirməyin faydalı olduğunu vurğulayıb.

Geri qayıt