Əsas Səhifə > Dünya > ABŞ-ın “Javelin” ehtiyatları Ukraynaya görə azalıb

ABŞ-ın “Javelin” ehtiyatları Ukraynaya görə azalıb


14-04-2022, 10:59
ABŞ-ın “Javelin” ehtiyatları Ukraynaya görə azalıb
ABŞ-ın “Javelin” tank əleyhinə raket sistemi ehtiyatları azalıb.

DİA.AZ-ın APA-ya istinadən xəbərinə görə, bu barədə Strateji və Beynəlxalq Elmlər Mərkəzinin araşdırmasında qeyd olunub. Vurğulanıb ki, buna səbəb həmin sistemlərin hərbi yardımlar çərçivəsində Ukraynaya göndərilməsidir.

Qeyd olunub ki, ABŞ-a Ukraynaya göndərdiyi sistemlərin yerini doldurmaq üçün illərlə vaxt lazım olacaq.

“Bu vaxta qədər göndərilmiş raketlərin yerinin doldurulması üçün 3 və ya 4 il lazım olacaq. ABŞ daha çox raketlər göndərərsə, lazım olan vaxt daha da uzana bilər ”, - deyə mərkəzin nümayəndəsi Mark Cancian bildirib.

Məlumatda o da qeyd olunub ki, ABŞ-ın 20-25 min Javelin ehtiyatı olduğu təxmin edilir və hərbi yardımlar çərçivəsində bu vaxtadək Ukraynaya 7 min sistem göndərilib ki, bu da ABŞ-ın ümumi ehtiyatlarının 3-də birinə bərabərdir.

Geri qayıt