Əsas Səhifə > Dünya > Rus ordusunun daxili sənədləri ələ keçib: "Döyüşmək istəməyən hərbçilər..."

Rus ordusunun daxili sənədləri ələ keçib: "Döyüşmək istəməyən hərbçilər..."


5-04-2022, 08:58
Rus ordusunun daxili sənədləri ələ keçib: "Döyüşmək istəməyən hərbçilər..."
Ukrayna kəşfiyyatı Rusiya ordusunun daxili sənədlərini əldə edib. Dia.az yeniavaz.com-a istinadla xəbər verir ki, sənədləri Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi yayıb.
Sənədlərdə rus hərbçilərin Ukraynaya müdaxilə üçün vəd edilmiş maddi ödənişləri almadığı göstərilir. Qeyd olunur ki, onlara pul əvəzinə əlavə istirahət günləri də təklif olunur, maliyyə çatışmazlığından şikayət etmək isə qadağandır:
"Rusiya hərbçilərinin onlara vəd edilən nağd ödənişləri almadığını təsdiq edən sənədlər daxil olub. Doqquz hərbi hissənin komandirlərinə ünvanlanan teleqramda Rusiya hərbçilərinin mərkəzi hərbi hakimiyyət orqanlarına müraciətindən hiddət ifadə olunur. Sənədlərdən belə başa düşülür ki, işğalçıların nağd ödənişləri məhdudlaşır, əvəzində onlara əlavə istirahət günləri təqdim edəcəklərini vəd edirlər. Eyni zamanda, maliyyə çatışmazlığından şikayət etmək və hətta bu cür cəhdlər üçün icraat təyin etmək qadağandır".
Qeyd olunur ki, sənədlərdən həmçinin, Ukraynaya qanunsuz çağırışçıların göndərilməsi də əks olunub.

Rus ordusunun daxili sənədləri ələ keçib: "Döyüşmək istəməyən hərbçilər..."

Bildirilir ki, sənədlərə əsasən, Rusiya komandanlığı Ukraynaya qarşı müharibədə iştirakdan imtina edən hərbçilərin ayrıca siyahısını tərtib etməyi əmr edib.

Rus ordusunun daxili sənədləri ələ keçib: "Döyüşmək istəməyən hərbçilər..."

Qeyd edək ki, Ukraynadan daimi dislokasiya məntəqələrinə sağ-salamat qayıdan Rusiya hərbçilərinin əhəmiyyətli hissəsinin ordunu tərk etməyə çalışması barədə daha əvvəl iddialar yayılıb.

Geri qayıt