Əsas Səhifə > Dünya > Latviya Rusiya qazının pulunu rublla ödəyə bilər
Latviya Rusiya qazının pulunu rublla ödəyə bilər4-04-2022, 08:18 |
Latviyanın “Latvijas Gāze” şirkəti Rusiya qazının pulunu rublla ödəmək imkanını nəzərdən keçirir. DİA.AZ APA-ya istinadən xəbər verir ki, bu barədə təşkilatın bəyanatında deyilir. “İlkin təəssürata görə, Rusiya rublu ilə hesablaşma proseduru rəsmi olaraq sanksiyalar rejimini pozmur və bu mümkündür”, - deyə şirkət bildirir. Təşkilat əlavə edib ki, hazırda yeni ödəniş üsulunun hüquqi bazası formalaşdırılır. Daha əvvəl “Latvijas gāze”nin idarə heyətinin sədri Aigars Kalvitis Rusiyadan təbii qazın tədarükü üçün ödənişin rublla mümkün olmadığını bildirib. O, ödənişlərin müqavilədə avro ilə nəzərdə tutulduğunu əsas gətirib. Geri qayıt |