Əsas Səhifə > Dünya > Ağ Ev Bayden-Putin görüşü üçün şərtləri açıqlayıb

Ağ Ev Bayden-Putin görüşü üçün şərtləri açıqlayıb


30-03-2022, 07:54
Ağ Ev Bayden-Putin görüşü üçün şərtləri açıqlayıb
ABŞ Prezidenti Cozef Baydenlə Rusiya lideri Vladimir Putin arasında istənilən təmas Ukraynadakı vəziyyətin deeskalasiyasını və Rusiya Federasiyasının diplomatiyaya həqiqi hazırlığını tələb edəcək. DİA.AZ “Report”a istinadla xəbər verir ki, bu barədə çərşənbə axşamı, Ağ Evin kommunikasiyalar üzrə direktoru Keyt Bedinqfild deyib.

"Biz açıq şəkildə deyirik, Prezident Bayden açıq şəkildə bildirdi ki, Rusiya tərəfindən ciddi deeskalasiya və Prezidentin bu cür söhbətə başlamazdan əvvəl diplomatiyaya aydın, həqiqi öhdəliyi lazımdır", - o deyib.

Qeyd edək ki, Cozef Bayden də rusiyalı həmkarı Vladimir Putinlə təmasları istisna etməyib. O bildirib ki, bu, Rusiya Prezidentinin nəyi müzakirə etmək istəməsindən asılıdır.

Geri qayıt