Əsas Səhifə > Dünya > Ai ölkələri Ukraynaya görə təcili toplantı keçirəcək

Ai ölkələri Ukraynaya görə təcili toplantı keçirəcək


10-03-2022, 07:44
Ai ölkələri Ukraynaya görə təcili toplantı keçirəcək
Aİ liderlərinin Parisdəki Versal sarayında keçiriləcək zirvə görüşündə 27 ölkənin dövlət və hökumət başçıları iştirak edəcək.

Görüşün əsas müzakirə mövzuları Avropanın enerji müstəqilliyi strategiyası və müdafiə məsələləri olacaq. Ukraynadakı vəziyyət xüsusi müzakirə mövzusu olacaq.

Zirvə görüşünün keçiriləcəyi ərazidə yüksək səviyyədə təhlükəsizlik tədbirləri görülüb. Ərazidə 2 gün ərzində ictimai nəqliyyat işləməyəcək. Asayişi 2 min nəfərədək polis oruyacaq. Tədbiri işıqlandırmaq üçün 700-dən çox jurnalist akkreditasiya olunub.
***

07.28

Avropa İttifaqının dövlət və hökumət başçıları Ukraynadakı vəziyyəti müzakirə etmək üçün Parisdə toplaşacaqlar.

Versal sarayında baş tutacaq zirvə görüşü 2 gün davam edəcək. Tədbir günün ikinci yarısı başlayacaq.
//apa//
Geri qayıt