Əsas Səhifə > Dünya > Solvyovun kanalında PESSİMİST NOTLAR

Solvyovun kanalında PESSİMİST NOTLAR


8-03-2022, 09:56
Solvyovun kanalında PESSİMİST NOTLAR
DİA.AZ: - Az əvvəl "Yutub"un ermənipərəst rusiyalı aparıcı Vladimir Solovyovun kanalını bloklaması xəbərini vermişdik. DİA.AZ bildirir ki, Solovyov buna rəğmən Ural üzərindən "youtub"dakı fəaliyyətini davam etdirir.

Maraqlıdır ki, son günlər Rusiya qoşunlarının Ukraynadakı ard-arda uğursuzluqları Putinin təbliğat maşının öncüllərindən olan Solovyovun özünə və onun efirinə dəvət etdiyi ekspertlərin də ovqatında aşkar iz buraxıb.

DİA.AZ bildirir ki, az əvvəl Solovyovun kanalında qonaq olan məşhur yəhudi ekspert, Putinin fəal təbliğatçılarından olan Yakov Kedmi Kremli Ukraynada yanlışları buraxmaqda ittiham etməklə yanaşı, Solovyovun özünə də pessimist ruhu aşılamış oldu. Hətta vəziyyət o həddə çatdı ki, Solovyov nəhayətdə dilə gələrək yəhudi ekspertə "onsuz da qanımız qaradır..." deyərək reaksiya verməli oldu.

Daha ətraflı aşağıdakı videoda:


Geri qayıt