Əsas Səhifə > Dünya > Netflix, TikTok, American Express Rusiyada xidmətləri dayandırır

Netflix, TikTok, American Express Rusiyada xidmətləri dayandırır


7-03-2022, 09:06
Netflix, TikTok, American Express Rusiyada xidmətləri dayandırır
DİA.AZ: - Rusiyanın Ukraynada müharibəsilə bağlı Netflix və TikTok Rusiyada xidmətlərin çoxunu dayandırıblar. Martın 6-da American Express maliyyə şirkəti Rusiyada əməliyyatları dayandırdığını açıqlayıb.

DİA.AZ xəbər verir ki, TikTok yeni video postları və canlı striminqi bloklayıb. Netfilix də xidməti dayandırdığını bildirib, amma əlavə detalları açıqlamayıb. ABŞ-da yerləşən Netflix Rusiyada sövdələşmələri və orijinal proqram istehsalını daha əvvəl dayandırmışdı.

TikTok qadağanı işçilərinin və istifadəçilərinin təhlükəsizliyi, Rusiyanın yeni “saxta xəbər” qaydalarına əməl etməklə izah edib.

Geri qayıt