Əsas Səhifə > Dünya > ABŞ öz vətəndaşlarını Azərbaycana səfər etməməyə ÇAĞIRDI

ABŞ öz vətəndaşlarını Azərbaycana səfər etməməyə ÇAĞIRDI


15-02-2022, 10:54
ABŞ öz vətəndaşlarını Azərbaycana səfər etməməyə ÇAĞIRDI
DİA.AZ: - ABŞ-da Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzləri (CDC) Azərbaycanı və Belarusu COVID-19 təhlükəsinə görə ən yüksək səviyyəyə qaldırıb, bu ölkələrə səyahətlə bağlı xəbərdarlıq edib.

DİA.AZ xəbər verir ki, CDC fevralın 14-də bildirib ki, bu iki ölkə səyahət xəbərdarlığının ən yüksək – 4-cü səviyyəsinə qaldırılıb. Cənubi Koreya daxil bir neçə ölkə və ərazi də bu səviyyədə yer alıb.

Xəbərdarlıqda deyilir ki, Belarusa, yaxud Azərbaycana getməyə məcbur qalanlar mütləq vaksinlənmiş, səyahətdən öncə COVID-19 vaksinasiyaları “yenilənmiş” olmalıdır. Qurum bildirir ki, hətta vaksin vurduranların belə virusa yoluxma və onu yayma riski var.

Geri qayıt