Əsas Səhifə > Dünya > Türkiyə-Ermənistan danışıqları yanvarın 14-də Moskvada başlanacaq

Türkiyə-Ermənistan danışıqları yanvarın 14-də Moskvada başlanacaq


6-01-2022, 09:19
Türkiyə-Ermənistan danışıqları yanvarın 14-də Moskvada başlanacaq
DİA.AZ: - Türkiyə və Ermənistan arasında münasibətlərin normallaşdırılması üzrə xüsusi nümayəndələrin ilk görüşü yanvarın 14-də Moskvada olacaq.

DİA.AZ AzadlııqRadiosunun Erməni xidməti – Azatutyun-a istinadən xəbər verir ki, bu barədə Facebook səhifəsində Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Vaan Hunanyan yazıb.

Ankara və Yerevan ötən ilin dekabrında bəyan etmişdilər ki, iki ölkə arasında münasibətlərin yaxşılaşdırılması üçün addımlar atmağa hazırdırlar.

Bu danışıqlarda Türkiyəni ABŞ-dakı keçmiş səfir Serdar Kılıc, Ermənsitanı isə ölkə Milli Məclisinin vitse-spikeri Ruben Rubinyan təmsil edəcəklər.

Geri qayıt