Əsas Səhifə > Dünya > Ermənistanda kütləvi rüşvət faktları aşkarlanıb, həbs olunan var

Ermənistanda kütləvi rüşvət faktları aşkarlanıb, həbs olunan var


20-11-2021, 08:53
Ermənistanda kütləvi rüşvət faktları aşkarlanıb, həbs olunan var
Ermənistanın Gümrü rayonunda rüşvətlə və müvafiq imtahanlardan keçmədən alınmış sürücülük vəsiqələri etibarsız sayılıb.

“Report”un Ermənistan mətbuatına istinadən məlumatına görə, bu barədə Baş Prokurorluğun məlumatında deyilir.

Qeyd olunur ki, Ermənistan Milli Təhlükəsizlik Xidmətinin İstintaq İdarəsi və Xüsusi İstintaq Xidməti aşkarlanan faktlarla bağlı cinayət işi açıb. Məlum olub ki, qeydiyyat-imtahan şöbəsinin müfəttişi A.Q. yaxın tanışı, Gümrü sakini S.Q. ilə razılaşaraq 6 nəfərə imtahan vermədən rüşvət müqabilində sürücülük vəsiqəsi verib.

Müfəttişə vəzifə səlahiyyətlərindən sui-istifadə, saxtalaşdırma və rüşvət alma maddələri ilə ittihamlar irəli sürülüb və o, həbs olunub.

Həmçinin saxta sürücülük vəsiqələri almış 7 nəfərə və müfəttişin tanışına da ittiham elan olunub, onlar məhkəmədə təqsirli olduqlarını etiraf ediblər. Həmin şəxslər müxtəlif məbləğlərdə cərimələr edilib.

Geri qayıt