Əsas Səhifə > Dünya > Danışıqlardan Ağ Ev də razı qalıb, Kreml də

Danışıqlardan Ağ Ev də razı qalıb, Kreml də


18-11-2021, 09:40
Danışıqlardan Ağ Ev də razı qalıb, Kreml də
Rəsmi Vaşinqton Patruşevlə Sallivan arasında baş tutan danışıqların açıq və konstruktiv xarakter daşıdığını bildirib.

Reyting.az Rusiya elektron portallarına istinadla xəbər verir ki, ABŞ prezidentinin milli məsələlər üzrə müşaviri Ceyk Sallivan və Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev arasında baş tutan danışıqlar hər iki tərəf üçün səmərəli olub.

Ağ Evin mətbuat xidmətinin yaydığı məlumatda deyilir ki, iki dövlətin yüksək çinli təmsilçisi hazırda beynəlxalq gündəmi məşğul edən və ikitərəfli münasibətlərə təsirsiz ötüşməyən bir neçə vacib məsələni müzakirə ediblər.

Bu görüş barədə bir qədər əvvəl Rusiya Təhlükəsizlik Şurasının mərkəzi aparatı da məlumat yaymışdı. Rəsmi Moskvanın məlum danışıqlardan sonra verdiyi açıqlamaya görə, tərəflər ikitərəfli münasibətlər mühitinin yaxşılaşdırılması və iki ölkə arasında qarşılıqlı inamın artırılması üzərində birgə işləmək barədə razılığa gəliblər. Danışıqların həmçinin açıq və səmərəli xarakter daşıdığına diqqət çəkən Kreml rəsmiləri bu təmasların qarşıda gözlənilən yüksək səviyyəli görüşə hazırlıq çərçivəsində həyata keçirildiyini bildiriblər.


Geri qayıt