Əsas Səhifə > Dünya > Bayden Trampın “Amerika hər şeydən öncədir” prinsipindən imtina edib

Bayden Trampın “Amerika hər şeydən öncədir” prinsipindən imtina edib


8-11-2021, 10:46
Bayden Trampın “Amerika hər şeydən öncədir” prinsipindən imtina edib
ABŞ prezidenti Cozef Bayden sələfi Donald Trampın “Amerika hər şeydən öncədir” prinsipini açıq şəkildə inkar edir və bundan imtina edib. virtualaz.org xəbər verir ki, bu barədə Baydenin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan bildirib. Onun sözlərinə görə, prezident Bayden hesab edir ki, əslində Trampın bu prinsipi Amerikanı sonuncu edirdi.

“Prezident Bayden prezident Trampın siyasətindən köklü şəkildə imtina edib və “Amerika hər şeydən öncədir” ideyasını açıq şəkildə rədd edir. O deyib ki, əslində “Amerika hər şeydən öncədir” Amerikanı sonuncu edir”, - Sallivan CNN-ə bildirib.

Trampın həmin ideyası Amrika proteksionizminə əsaslanırdı və Birləşmiş Ştatların başqalarının məsələlərinə, o cümlədən dünyada demokratiya və insan haqları prinsiplərinin təşviq edilməsinə qarışmamağı nəzərdə tuturdu.

Sallivan qeyd edib ki, Baydenin siyasəti ilə Trampın siyasəti arasındakı ziddiyətləri onun Avropa ilə ticarət-iqtisadi əməkdaşlığa dair mövqeyinə nəzər salmaqla görmək mümkündür. Ötən ay ABŞ və Avropa İttifaqı polad və aliminiuma rüsumların tətbiqi barədə razılığa gəliblər, o cümlədən “Boeing” və “Airbus” şirkətlərinə subsidiyaların ayrılmasını razılaşdırıblar.

Geri qayıt