Əsas Səhifə > Dünya > Mişanın boykot taktikası effekt verə bilərmi?

Mişanın boykot taktikası effekt verə bilərmi?


4-11-2021, 09:23
Mişanın boykot taktikası effekt verə bilərmi?
Gürcüstan parlamentinin 150 deputatı var. Bunlardan 31-i Vahid Milli Hərəkat Partiyasının, 5-i Lelo Partiyasının və bir neçə nəfər də digər partiyaların deputatlarıdır.

Bu sözləri Axar.az-a açıqlamasında Gürcüstan parlamentinin sabiq deputatı Azər Süleymanov Vahid Milli Hərəkat fraksiyasının parlamentin fəaliyyətini boykot qərarının təsirləri haqda danışarkən deyib.

O bildirib ki, müxalifətin hədəfi Saakaşvilinin azad olunması və Konstitusiya dəyişikliklərinə gedilməsidir:

“Konstitusiya dəyişikliyi üçün 113 deputatın səsi lazımdır. Bu baxımdan parlamentin işini iflic etmək üçün boykot qərarı verən deputatları sayı tam kifayət etmir”.

A.Süleymanov deyib ki, VMHP-nın deputatları parlamentin işinə qatılmayacaqlar, ancaq mandatdan da imtina etmirlər:

“Bu günlərdə M.Saakaşvilinin məhkəməsi təyin olunmalıdır və bildiyimiz kimi səhhətində ciddi problemləri var. Hər şey qarşıdakı günlərdə aydın olacaq”.

Qeyd edək ki, Gürcüstanın ana müxalifət partiyası olan VMHP partiyanın qurucusu, hazırda həbsdə olan Mixail Saakaşvilinin çağırışı ilə parlamenti boykot edir. Ona hələlik Lelo Partiyası dəstək verir.

Geri qayıt