Əsas Səhifə > Dünya > Ermənistan parlamentinin sədri Kiprdə təhqirlə qarşılanıb
Ermənistan parlamentinin sədri Kiprdə təhqirlə qarşılanıb25-10-2021, 08:20 |
Ermənistan parlamentinin sədri Alen Simonyan Kiprdə öz həmvətənləri tərəfindən "satqınlar", "ermənilərin qatilləri" təhqirləri ilə, etiraz aksiyası ilə qarşılanıb. “Report” “Yerkir.am”a istinadən xəbər verir ki, bununla bağlı görüntüləri Kipr ermənisi Akop Manukyan sosial şəbəkədəki hesabında paylaşıb. Videogörüntüdə Kiprdə Ermənistan Milli Məclisinin spikerinin nümayəndə heyətini qarşılanması əks olunur. Alen Simonyanın avtomobilindən düşməsindən sonra onun gəlişi əleyhinə aksiya keçirən etirazçılar qışqıraraq "satqınlar", "ermənilərin qatilləri", "Səni burada görmək istəmirik", - deyə etiraz etməyə başlayıblar. Qeyd edilir ki, gənclər aksiyaya Ermənistanın baş naziri Nikol Paşinyan rejimini ittiham edən plakatlarla gəliblər. Geri qayıt |