Əsas Səhifə > Dünya > “Taliban” Rusiyadan Əfqanıstandakı müvəqqəti hökumətin tanınmasını istəyir

“Taliban” Rusiyadan Əfqanıstandakı müvəqqəti hökumətin tanınmasını istəyir


11-10-2021, 12:29
“Taliban” Rusiyadan Əfqanıstandakı müvəqqəti hökumətin tanınmasını istəyir
“Taliban” hökumətinin tanınmasına və qarşılıqlı səfirliklərin açılmasına dair Rusiya ilə danışıqlar aparırıq".

“Report” TASS-a istinadən xəbər verir ki, bunu “Taliban” hökumətinin sözçüsü, informasiya və mədəniyyət məsələləri üzrə nazir müavini Zəbiullah Mücahid bildirib.

O, “Taliban”ın bütün dövlətlərlə diplomatik münasibət qurmağa çalışdığını qeyd edib.

Xatırladaq ki, ABŞ Dövlət Departamentinin nümayəndələri ilə “Taliban” təmsilçiləri arasında Qətərin paytaxtı Dohada da oktyabrın 9-da danışıqlar olub. “Taliban” nümayəndələri ABŞ-dan da yeni müvvəqqəti hökumətin tanınmasını istəyiblər.


Geri qayıt