Əsas Səhifə > Dünya > Tokioda neftin qiyməti son üç ilin ən yüksək həddinə yüksəlib

Tokioda neftin qiyməti son üç ilin ən yüksək həddinə yüksəlib


11-10-2021, 08:05
Tokioda neftin qiyməti son üç ilin ən yüksək həddinə yüksəlib
Tokio birjasında neftin qiyməti bu gün son üç ilin ən yüksək həddinə yüksəlib.

Trend "TASS"a istinadən xəbər verir ki, gələn ilin mart ayında çatdırılması ilə bir kilolitr (təxminən 6.289 barel) Dubay xam nefti, demək olar ki, 54.4 min yenə (təxminən 484.3 dollar) satılır. Bu, 2018-ci ilin oktyabr ayından indiyədək ən yüksək qiymətdir.

Tokio birjasında izlənən nəticələrə ilk növbədə Nyu-Yorkdakı olmaqla digər platformalarda neft qiymətlərinin artması təsir edir. Buna səbə kimi bir sıra aparıcı ölkələrdə pandemiyanın zəifləməsi ilə əlaqədar iqtisadi aktivliyin bərpası, habelə əsas istehsalçı dövlətlər tərəfindən həyata keçirilən neft hasilatının məhdudlaşdırılması siyasəti ilə əlaqədar dünyada artan tələbatdır göstərilir.

Məlumata əsasən, Tokiodakı treyderlər ilk növbədə Çin rəhbərliyinin istilik elektrik stansiyalarında kömürdən istifadəni ardıcıl olaraq dayandırmaq və digər enerji mənbələrinə keçmək niyyəti ilə əlaqədar olaraq daha çox bahalaşma gözləyirlər.



Geri qayıt