Əsas Səhifə > Dünya > "Gürcü arzusu" seçkilərdə ağır yara aldı

"Gürcü arzusu" seçkilərdə ağır yara aldı


8-10-2021, 08:24
"Gürcü arzusu" seçkilərdə ağır yara aldı
Gürcüstan mediasında Baş nazir İrakli Qaribaşvilinin vəzifəsindən istefa verəcəyi ilə bağlı xəbərlər yayılıb. Bu barədə yerli “Pirveli TV” etibarlı mənbəyə istinadən məlumat yayıb. Qaribaşvilinin istefası ilə bağlı xəbər hakim “Gürcü arzusu”nun oktyabrın 2-də keçirilən bələdiyyə seçkilərində regionlarda uğursuz nəticələr əldə etməsi ilə əlaqələndirilir. Buna beynəlxalq qalmaqal da əlavə olunub.

Qeyd edilir ki, İ.Qaribaşvilini ölkənin hazırkı regional inkişaf və infrastruktur naziri İrakli Karseladze əvəz edəcək. “Pirveli TV” səhər saatlarından əksər deputatlardan şərh almağa çalışsa da, onlar bu barədə heç bir şey bilmədiklərini deyiblər.

Qaribaşvilinin istefası barədə "Şərq"ə açıqlama verən Sosial Tədqiqatlar Mərkəzinin mətbuat xidmətinin rəhbəri, beynəlxalq məsələlər üzrə mütəxəssis Əziz Əlibəyli deyib ki, əslində onun istefa verməsi real görünürdü. Çünki “Hakim Gürcü arzusu - Demokratik Gürcüstan” Partiyasının qalib gəlməsi tam şəkildə təmin olunmadı:

"Oktyabrın 2-də keçirilən bələdiyyə seçkilərində regionlarda uğursuzluq yaşandı. Faktiki Qaribaşvilinin bu uğursuz seçki kampaniyasının nəticəsində istefa verəcəyi gözlənilən idi. Amma şübhəsiz ki, burda digər amil Qaribaşvalinin Saakaşvilinin gəlişi öncəsi verdiyi bəzi bəyanatlar idi. Hesab edirəm ki, bəyanatlar həm də Saakaşvili cəbhəsinin onun üzərində yaratdığı təzyiq və təsir atmosferinə görə idi. Çünki Saakaşvilini həbs eləmək hazırda qərbəyönəlik siyasəti özünə prioritet istiqaməti elan eləyən Gürcüstan üçün çox ciddi şəkildə nüfuz itkisidir. Ən azından Saakaşvili həbs olunursa, o zaman Qərbin müxtəlif institutları, müxtəlif hökumətləri, yəni hamısı qarşısında təsirə məruz qalır. Bu baxımdan da Qaribaşvilinin nəzərdə tutduğu xətt, düşündüyü istiqamətləri reallaşdırmaq mümkün olmalıdır, üstəlik də seçkilərdə aldığı yara. Bu baxımdan hökumətin fəaliyyəti indiyə qədər uğurlu olmuşdusa, bu seçki periodundakı uğursuzluğun nəticəsində Qaribaşvilinin istefası gündəmə gəldi. İndi hesab olunur ki, yerinə İrakli Karseladze gələcək".

Ə.Əlibəyli diqqətə çatdırıb ki, İrakli Karseladze ilə İvanişvili çox yaxın bir münasibətə malikdir:

"İvanişvili görünür, bu uğursuzluğa görə Qaribaşvilinin cəzasını kəsmək düşüncəsindədir. Oktyabrın 30-da onlar ikinci tura gedəcəklər. İvanişvili yəqin ki, qəti şəkildə qərar verib ki, Qaribaşvilinin komandası ilə həmin seçkiyə getməsin. Çünki qalib gəlmək üçün yeni nəfəs, yeni iqtisadi paketlər lazımdır. Əhali üçün daha cəlbedici şərtlərin və təkliflərin hazırlanmasına da ehtiyac var".

Geri qayıt