Əsas Səhifə > Dünya > Zelenskiyə impiçment elan edilə bilər

Zelenskiyə impiçment elan edilə bilər


4-10-2021, 08:52
Zelenskiyə impiçment elan edilə bilər
Ukrayna Prezidenti Vladimir Zelenski ilə bağlı "Pandora sənədi"ndə məlumatların yayılması onun impiçmenti və ya zəifləməsi üçün rəqibləri tərəfindən istifadə oluna bilər.

Axar.az xəbər verir ki, bunu rusiyalı ekspert Nikolay Silayev deyib.

"Onun impiçmentini elan etmək o qədər də asan deyil, o, parlament çoxluğuna nəzarət edir. Amma bu, onu Amerika rəhbərliyi və ümumiyyətlə Qərbdən ayırmaq üçün bir yoldur, çünki onlar (Qərb - red.) üçün korrupsiyaya qarşı mübarizə mövzusu çox vacibdir. Bu, güclü bir arqumentdir, Ukraynada istifadə ediləcək, Zelenskini daxili siyasət və Qərblə münasibətləri baxımından böyük nəticələrlə təhdid edəcək. Mümkündür ki, impiçment məsələsi qaldırılsın", - Silayev bildirib.

Qeyd edək ki, bir müddət əvvəl Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Hesabatı Layihəsi Mərkəzi (OCCRP) "Pandora dosyesi"nə istinadən Zelenskinin korrupsiyaya bulaşması barədə məlumatlar dərc edib.


Geri qayıt