Əsas Səhifə > Dünya > Ermənistan Müdafiə Nazirliyinin "Silah baron"u ləqəbli sabiq vəzifəli şəxsi həbs edilib

Ermənistan Müdafiə Nazirliyinin "Silah baron"u ləqəbli sabiq vəzifəli şəxsi həbs edilib


1-10-2021, 08:35
Ermənistan Müdafiə Nazirliyinin "Silah baron"u ləqəbli sabiq vəzifəli şəxsi həbs edilib
İrəvan məhkəməsi Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin müstəntiqinin ölkənin silahlı qüvvələrinin silah təchizatçısı şirkətinin direktoru, "Silah baronu" ləqəbli David Qalstyanın iki aylıq həbsi ilə bağlı vəsatətini təmin edib.

“Report” Ermənistan mediasına istinadən xəbər verir ki, bu barədə onun onun vəkili Armen Arutunyan bildirib.

O, vurğulayıb ki, həbs qərarını əsassız sayır və ondan şikayət edəcək.

Xatırladaq ki, Ermənistanın keçmiş müdafiə naziri David Tonoyan və silahlı qüvvələrin ehtiyacları üçün döyüş sursatlarının təchizatçı şirkətinin direktoru David Qalstyan daha əvvəl ayrıca külli miqdarda mənimsəmə, saxtakarlıq, 2011-ci ildə keyfiyyətsiz silah tədarükü ilə bağlı açılan cinayət işi və digər cinayət əməllərində şübhəli bilinərək saxlanılıblar. Tonoyan iki aylıq həbs edilib.

Dünən mətbuatda Tonoyanın mənzilində axtarış aparıldığı, bundan sonra keçmiş nazirin həbs oluna biləcəyi barədə məlumatlar yayılmışdı. Paralel olaraq keçmiş aviasiya rəisi Avetik Muradyan və Ermənistan Silahlı Qüvvələri Baş Qərargah rəisinin müavini Stepan Qalstyanın da mənzillərində axtarışlar aparılıb.

Geri qayıt