Əsas Səhifə > Dünya > Seyid Həsən Ameli “şir quyruqlu” xütbəsinin "mükafatını" aldı

Seyid Həsən Ameli “şir quyruqlu” xütbəsinin "mükafatını" aldı


28-09-2021, 08:07
Seyid Həsən Ameli “şir quyruqlu” xütbəsinin "mükafatını" aldı
Ayətullah Amelinin qardaş oğlu Ərdəbil vilayətinin başçısı təyin edilib.

Ovqat.com-a bu məlumat adının çəkilməsini istəməyən bir ərdəbilli tərəfindən verilib.

“İranın dini rəhbərinin Ərdəbil vilayətindəki nümayəndəsi və eləcə də eyniadlı şəhərin imam-cüməsi Ayətullah Seyid Həsən Amelinin sifarişli anti-Azərbaycan çıxışlarından və SEPAH-ın Araz kənarında uğursuz hərbi-təlim şousundan bir neçə gün sonra Seyid Hamed Ameli Ərdəbil vilayətinin başçısı təyin edilib. Bu adam Həsən Amelinin qardaşı oğludur. Bundan sonra Ərdəbillilərin xütbəsini əmi Ameli, fərmanını isə qardaş oğlu Ameli oxuyacaq”, - mənbəmiz belə deyib.

Mənbənin bildirdiyinə görə, Seyid Həsən Ameli bir vaxtlar xalqın tərəfində idi və çıxışlarında əyalət rəsmilərinin səriştəsizliyini tənqid edirdi: “Ərdəbil vilayətinin siyasətçiləri heç bir təcrübəsi və idarəçilik qabiliyyəti olmayan Seyid Hamed Amelini Ərdəbilin Sənaye, Mədən və Ticarət Baş İdarəsinə rəis vəzisəfinə təyin etməklə onun imam-cümənin dilini bağladılar. Tədricən Həsən Ameli tənqidçidən əyalət rəsmilərinin mədhiyyəçisinə çevrildi. İndi isə general Vəhidi (SEPAH-ın Qüds Qüvvələrinin keçmiş komandanı və indiki Daxili İşlər naziri) illərlə Seyid Həsən Amelidən Azərbaycana qarşı nifrət yaymaqda istifadə etdikdən sonra, qohumu Seyid Hamed Amelini yüksək vəzifəyə gətirdi. Beləcə imam-cümə mükafatlandırılmış və Ərdəbil əyalətinin idarəçiliyi isə Livan əsilli Şeyx Ameli ailəsinə tapşırılmış oldu”.

Biz də həm Ərdəbil əhlini, həm də onun imam-cüməsini Ərdəbilli bir el müğənnisinin “Bura hansı Ərdəbildir?” mahnısı ilə təbrik edirik.

https://www.facebook.com/heyder.oguz/videos/3581016428651460



Geri qayıt