Əsas Səhifə > Dünya > “ABŞ-la Türkiyə terrorla mübarizə məsələsində fərqli mövqedədir”

“ABŞ-la Türkiyə terrorla mübarizə məsələsində fərqli mövqedədir”


24-09-2021, 15:14
 “ABŞ-la Türkiyə terrorla mübarizə məsələsində fərqli mövqedədir”
“İndiyədək amerikalı liderlərin heç biri ilə aramızda bir narazılıq yaşanmayıb.Təəssüf ki, Amerika terror təşkilatlarına gözləniləndən də çox dəstək verir”.

APA-nın yeri bürosunun xəbərinə görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan cümə namazından sonra jurnalistlərin suallarını cavablandırarkən deyib.

Prezident Ərdoğan bildirib ki, iki NATO ölkəsi olaraq ABŞ-la Türkiyə terrorla mübarizə məsələsində fərqli mövqedədir: “Amerika ilə münasibətlərimiz iki NATO ölkəsi olaraq bu şəkildə olmamalıdır. Amerikanın terror təşkilatları ilə mübarəzə aparması lazım olduğu halda onlara çox miqdarda silah-sursat dəstəyi verir. Belə bir mövqe olduğu müddətcə bizim də bir NATO ölkəsi olaraq bunu bütün dünya ictimaiyyətilə paylaşmamız lazımdır”.


Geri qayıt