Əsas Səhifə > Dünya > Əfqanıstandakı iflasın ardınca Bayden postsovet məkanına yönələ bilər
Əfqanıstandakı iflasın ardınca Bayden postsovet məkanına yönələ bilər22-09-2021, 15:37 |
ABŞ prezidenti Cozef Bayden Əfqanıstandakı fiaskonun ardınca keçmiş sovet məkanına diqqət yönəltməyə hazırlaşır. virtualaz.org xəbər verir ki, ABŞ-ın “RAND Corporation” hərbi-analitik şirkətinin saytında dərc edilmiş məqalədə Bayden administrasiyasına keçmiş sovet məkanına diqqət yönəltmək çağırışı edilir. Məqalənin müəllifləri ABŞ-ın Qazaxıstan və Gürcüstandakı keçmiş səfiri, “RAND Corporation” şirkətinin baş elmi əməkdaşı Uilyam Kortni (William Courtney) ABŞ-ın Belarus və Gürcüstanda səfiri olmuş, hazırda Vaşinqtondakı Uilson Mərkəzinin qlobal məsələlər üzrə analitiki olan Kennet Yaloviçdir (Kenneth Yalowitz). Analitiklər qeyd edirlər ki, dekabr ayında keçiriləcək “Demokratiya sammiti” postsovet ölkələrini demokratiyaya yönəltmək üçün Baydenə şans yaradır. Bu sammit Baydenin təşəbbüsü ilə dekabrın 9-10-da videokonfrans rejimində keçiriləcək. “Əfqanıstandan qoşunların xaotik şəkildə çıxarılmasından sonra prezident Bayden öz diqqətini təqvimindəki daha ruhlandırıcı hadisəyə-“demokratiya sammitinə” yönəltməyə hazırdır”-müəlliflər belə yazırlar. Müəlliflərə görə “Demokratiya sammiti” Cozef Bayden üçün mühüm rol oynayır, çünki ABŞ prezidenti Əfqanıstanda baş verənlərdən sonra güclü tənqidlərlə üzləşib. Bildirilir ki, Ağ evin əsas diqqəti Baltik respublikalarına yönələcək. Lakin “RAND Corportation” Vaşinqtona tövsiyə edir ki, postsovet regionunun mükəmməl demokratiyadan uzaq başqa ölkələrinə də diqqət yetirsin. Ona görə də keçmiş səfirlər məsləhət görürlər ki, sammitə Ukraynanı, Ermənistanı, Moldovanı və Gürcüstanı da dəvət etmək lazımdır. Bununla belə müəlliflər həmin ölkələrin sammitə dəvət olunmaması üçün əsasların olduğunu da təsdiq edirlər. Çünki Gürcüstanda ötən il keçirilən seçkilərdə ATƏT ciddi pozuntular qeydə alıb, Kiyev hələ də korrupsiyaya qalib gələ və bir sıra islahatları həyata keçirə bilmir. Ermənistanda isə “demokratik hadisələri” Qarabağ müharibəsi ləngidib. Müəlliflər qeyd edirlər ki, demokratiya baxımından “orta səviyyəli” bu ölkələri sammitə dəvət etməklə yanaşı ABŞ və Qərb onlardan yeni irəliləyişlər gözlədiyi barədə xəbərdarlıq da edə bilər. Geri qayıt |