Əsas Səhifə > Dünya > Rusiya NATO ilə partizan müharibəsinə hazırlaşır

Rusiya NATO ilə partizan müharibəsinə hazırlaşır


10-09-2021, 10:10
Rusiya NATO ilə partizan müharibəsinə hazırlaşır
Rusiya NATO ilə partizan müharibəsinə hazırlaşır.Avropa “Qərb-2021” Rusiya – Belarus hərbi təlimlərindən narahat olur. Bu fikirlər Amerikaının National Interest qəzetində yer alıb.Müəllif Rusiyanın bu yolla NATO-ya qarşı partizan müharibəsi başlatdığını bildirib.
Müəllif qeyd edib ki, manevrlərin əsas hədəfi Qərblə konflikt olarsa hərəkətlərin işlənib hazırlanması deyil. Təlimlərin əsas hissəsi urbanizasiyanın sıx olduğu ərazilərdə keçirilir.Məhz bu partizan müharibəsinə hazırlıqdan xəbər verir.

Ukrayna, Polşa, Latviya da bu təlimlərdən narahatlıq ifadə ediblər. Duq Bendou adlı müəllif isə öz icmalında bildirib ki, Rusiya və ABŞ dünya arenasında bərabərhüquqlu tərəfdaş ola bilərlər.

“Onlar bilikdə Şimali Koreyanın nüvəsizləşdirilməsi proqramını həyata keçirə bilərlər.Bu problemi fikir ayrılığı yaradan digər məsələlərdən kənarda saxlayıb , mütləq şəkildə həll etmək, daha sonra tərəfdaşlığa nail olmaq olardı”_ deyə müəllif qeyd edib.

Qeyd edək ki, Putin və Lukoşenkonun son görüşündə “Qərb 2021” hərbi təlimlərinin NATO-nun artan aktivliyi fonunda keçirildiyi vurğulanmışdı.

Görünən budur ki, amerikalı müəllif dəlinin yadına daş salmaqla, ya da mövcud olan planın ip uclarını verməklə dünyada yeni bir münaqişə ocağına işarə edir. Rusiya və ABŞ-ın toqquşub xaraba qoyduqları bütün döyüş meydanlarından ( Liviya, Suriya, İraq, Əfqanıstan, Vyetnam) sonra növbəti hədəf özünü bütün dünyadan dəmir pərdələrlə qorumağa çalışan Şimali Koreyadır. Hər nə qədər bu dövlət dünyadakı siyasi proseslərdən kənarda qalmağa çalışsa da, ətrafda baş verən yanğın onun sərhədlərinə də sıçraya bilər.
Bizimyol.info



Geri qayıt