Əsas Səhifə > Dünya > ““Taliban” yüzlərlə ABŞ vətəndaşını əsir saxlayır”

““Taliban” yüzlərlə ABŞ vətəndaşını əsir saxlayır”


6-09-2021, 08:04
““Taliban” yüzlərlə ABŞ vətəndaşını əsir saxlayır”
ABŞ yetkililərinin iddia etdikləri kimi, Əfqanıstanda sadəcə 100-200 arasında ABŞ vətəndaşı qalmayıb; onların sayı deyilənlərdən xeyli çoxdur. Ən pisi isə odur ki, həmin insanlar faktiki olaraq “Taliban” tərəfindən əsir kimi saxlanılır”.

Ovqat.com xəbər verir ki, ABŞ Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsindəki Respublikaçılar Partiyasının lideri Mayk Makkol “Fox News” telekanalına açıqlamasında bu iddianı irəli sürüb.

Onun sözlərinə görə, təkcə Məzari-Şərif hava limanında içərisi sərnişinlərlə dolu 6 ABŞ təyyarəsi girov saxlanılıb. Sərnişinlərin hamısı ABŞ vətəndaşları və 20 illik işğal müddətində ABŞ ordusuna tərcüməçilik edən əfqanlardır. “Taliban” öz legitimliyinin Vaşinqton tərəfindən tanınmayanadək həmin təyyarələrin uçuşuna icazə verməyəcəyini bildirib.

Makkol onu da vurğulayıb ki, təyyarələr iki-üç gün əvvəl uçuş üçün ABŞ Dövlət Departamentindən icazə alsalar da, “Taliban” “STOP”-una ilişiblər və hələ də havaya qalxa bilmirlər.

Konqresmenin fikrincə, “Taliban”ın bu hərəkəti get-gedə ABŞ vətəndaşlarını əsir saxlamaq macərasına çevrilir.


Geri qayıt