Əsas Səhifə > Dünya > Lavrov Ermənistan xarici işlər naziri ilə Qarabağla bağlı razılaşmaların icrasını müzakirə edəcək
Lavrov Ermənistan xarici işlər naziri ilə Qarabağla bağlı razılaşmaların icrasını müzakirə edəcək31-08-2021, 08:03 |
Rusiya xarici işlər naziri Sergey Lavrov bu gün Moskvada Ermənistanın yeni xarici işlər naziri Ararat Mirzoyanı qəbul edəcək. Trend-in məlumatına görə, danışıqların gündəliyində Qarabağdakı mövcud vəziyyətin əsas olacağı gözlənilir: "Görüşün əsas mövzularından biri Azərbaycan, Ermənistan və Rusiya liderlərinin 9 Noyabr 2020 və 11 Yanvar 2021 -ci il tarixli razılaşmalarının icrası ilə əlaqədar bütün məsələlərə baxılması olacaq. Ermənistan-Azərbaycan sərhədindəki vəziyyət, Cənubi Qafqazda iqtisadi və nəqliyyat əlaqələrinin açılması prosesi nəzərdən keçiriləcək". Geri qayıt |