Əsas Səhifə > Dünya > Əfqanıstan keçmiş xüsusi təyinatlıları Britaniya ordusuna cəlb oluna bilər

Əfqanıstan keçmiş xüsusi təyinatlıları Britaniya ordusuna cəlb oluna bilər


31-08-2021, 07:54
Əfqanıstan keçmiş xüsusi təyinatlıları Britaniya ordusuna cəlb oluna bilər
Əfqanıstan keçmiş xüsusi təyinatlıları Britaniya ordusunda xidmətə cəlb oluna bilər.

APA xəbər verir ki, bu barədə CNN telekanalı Britaniya Müdafiə Nazirliyindəki mənbəyə istinadən məlumat yayıb.

Bildirilib ki, bu təşəbbüsü hakim Mühafizəkarlar Partiyasından olan Britaniya Parlamentinin üzvləri dəstəkləyib.

Qeyd edək ki, parlamentarilər tərəfindən Britaniya xüsusi təyinatlıları tərəfindən intensiv təlim keçmiş yüzlərlə əfqan hərbçilərinin ayrı bir birlik tərkibində orduda xidmət etməsinə, yaxud digər birliklər arasında paylanmasına icazə verilməsi təklif edilib.

Geri qayıt