Əsas Səhifə > Dünya > Kabildəki terror aktında 13 Amerika əsgəri, ümumilikdə 90-dan çox insan öldürülüb
Kabildəki terror aktında 13 Amerika əsgəri, ümumilikdə 90-dan çox insan öldürülüb27-08-2021, 08:02 |
Dünən Əfqanıstanın paytaxtı Kabildə beynəlxalq hava limanının həndəvərində ard-arda baş verən partlayışda ölənlərin sayı 90-ı aşıb. Ovqat.com-un “Taliban”a yaxın mənbələrə istinadən verdiyi məlumata görə, ölən və xəsarət alanlar arasında qadın və uşaqlar da var. Terror aktının təxliyəsini gözləyən ABŞ vətəndaşlarının və hərbçilərinin müvəqqəti məskunlaşdığı hotelin qarşısında törədilməsi nəticəsində supergücə bağlı qüvvələrin də zərər çəkdiyi bildirilir. Təsdiqlənməmiş məlumata inansaq, partlayışlarda ən azı 13 Amerika əsgəri öldürülüb, 15-i yaralanıb. İntihar hücumlarının məsuliyyətini İŞİD öz üzərinə götürüb. Mütəxəssislər bunun “Taliban”ın terror taktikası olduğunu bildirirlər. Onların fikrincə, “Taliban” gördüyü yaxşı işləri öz adına, pis işləri isə İŞİD-in adına çıxır. ABŞ rəsmiləri terror aktında itkilərinin olduğunu etiraf etsələr də, hələ ki konkret rəqəm səsləndirmirlər. Geri qayıt |