Əsas Səhifə > Dünya > Tramp amerikalıları 2024-cü ilin seçkilərində sevindirəcəyinə söz verib

Tramp amerikalıları 2024-cü ilin seçkilərində sevindirəcəyinə söz verib


18-08-2021, 08:09
Tramp amerikalıları 2024-cü ilin seçkilərində sevindirəcəyinə söz verib
ABŞ-ın keçmiş dövlət başçısı Donald Tramp bildirib ki, 2024-cü ilin seçki kampaniyası ilə bağlı planları açıqlamamalıdır, amma onlar amerikalıları sevindirəcəklər.

“Report”un məlumatına görə, bu barədə o, “Fox News” telekanalına müsahibəsində deyib.

"Kampaniyanın maliyyələşdirilməsi qanunlarının mürəkkəb və inanılmaz dərəcədə axmaq olması səbəbindən bu suala cavab verə bilmərəm. Ancaq belə deyim: xoşbəxt olacaqsınız, bir çox dostumuz xoşbəxt olacaq", - deyə Tramp bildirib

Onun sözlərinə görə, bu suala birbaşa cavab ona çətinliklər gətirəcək. "İnsanlar, siz xoşbəxt olacaqsınız, çünki mən bu ölkəni sevirəm və baş verənləri müşahidə etməyə nifrət edirəm", - sabiq dövlət başçısı deyib.

Geri qayıt