Əsas Səhifə > Dünya > "Taliban" Əfqanıstanda yeni hökuməti kimlərin təmsil edəcəyini açıqlayıb

"Taliban" Əfqanıstanda yeni hökuməti kimlərin təmsil edəcəyini açıqlayıb


16-08-2021, 08:06
"Taliban" Əfqanıstanda yeni hökuməti kimlərin təmsil edəcəyini açıqlayıb
Əfqanıstanın yeni hökumətinin tərkibinə “Taliban” üzvü olmayanlar da daxil ediləcək.

APA xəbər verir ki, bunu “Taliban”ın Qətərdəki siyasi ofisinin nümayəndəsi Süheyl Şahin “CNN” telekanalına bildirib.

“Əfqanıstan inklüziv islam hökuməti dedikdə digər əfqanların da hökumətin bir hissəsi olacağını nəzərdə tuturuq”, - deyə Şahin qeyd edib.

Onun sözlərinə görə, əvvəlki hökumətdən hansı məmurların yeni hökumətə daxil ediləcəyi barədə danışmaq hələ tezdir. Şahin bildirib ki, “Taliban” bəzi “tanınmış simaların” da hakimiyyətdə qalmasını istəyir.

“Taliban”ın siyasi ofisinin nümayəndəsi, həmçinin əlavə edib ki, silahlarını yerə qoyaraq hərəkata qoşulan bütün hərbi qulluqçular və polis əməkdaşları bağışlanacaq və onların təhlükəsizlikləri təmin ediləcək.


Geri qayıt