Əsas Səhifə > Dünya > BMT Təhlükəsizlik Şurasında Əfqanıstandakı vəziyyət müzakirə ediləcək

BMT Təhlükəsizlik Şurasında Əfqanıstandakı vəziyyət müzakirə ediləcək


16-08-2021, 08:00
BMT Təhlükəsizlik Şurasında Əfqanıstandakı vəziyyət müzakirə ediləcək
Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının (BMT TŞ) Əfqanıstanla bağlı iclası avqustun 16 -da səhər keçiriləcək.

“Report” xəbər verir ki, bu barədə “TASS”a təşkilatdakı mənbə məlumat məlumat verib.

BMT-nin baş katibi Antonio Quterreş Əfqanıstandakı vəziyyətlə bağlı məruzə ilə çıxış edəcək.

Qeyd edək ki, Əfqanıstanda bütün ölkəyə nəzarəti ələ alan “Taliban” silahlıları paytaxt Kabilə döyüşsüz daxil olublar. Taliblər hökumət qüvvələri tərəfindən tərk edilən dövlət binalarını ələ keçiriblər.


Geri qayıt