Əsas Səhifə > Dünya > Gürcüstan xəstəxanalarında çarpayı qıtlığı yaranıb
Gürcüstan xəstəxanalarında çarpayı qıtlığı yaranıb10-08-2021, 09:18 |
Gürcüstan xəstəxanalarında çarpayı qıtlığı yaranıb. FED.az xəbər verir ki, bu barədə jurnalistlərə Gürcüstanın səhiyyə naziri Yekaterine Tikaradze məlumat verib. Onun sözlərinə görə, ağır epidemioloji vəziyyət xəstəxana sektoruna da mənfi təsir göstərir. Gürcüstan xəstəxanalarında koronaviruslu pasiyentlər üçün ayrılmış yerlərin təxminən 94 faizi dolub. Səhiyyə Nazirliyi əlavə çarpayılar səfərbər etməyə çalışır. Artıq 7 min çarpayı səfərbər edilib və bu həftə ərzində daha 500 çarpayı əlavə olunacaq. Nazir deyib ki, bu gün heç bir pasiyent diqqətdən kənarda qalmır. Lakin yoluxmaların artmasının qarşısını almaq üçün bütün tədbirləri gücləndirmək lazımdır. Ölkədə yaranmış epidemioloji vəziyyətlə əlaqədar Gürcüstan Prezidenti Salome Zurabişvili irimiqyaslı tədbirlərdə iştirak etməyəcək və onun üçün nəzərdə tutulmuş bütün tədbirlər təxirə salınıb. Gürcüstan Prezident administrasiyasının bəyanatında deyilir ki, Gürcüstan Prezidenti ölkədə yaranmış epidemioloji vəziyyətlə əlaqədar kütləvi tədbirlərdə iştirak etməyəcək və dövlət başçısı üçün əvvəlcədən nəzərdə tutulmuş tədbirlər təxirə salınır. Prezidentin, hətta Tokio Olimpiadasında iştirak etmiş idmançılarla görüşü də baş tutmayacaq. Gürcüstan dövlətinin başçısı pandemiya ilə əlaqədar əhalini bir-birinin qeydinə qalmağa, qadağalara riayət etməyə və kütləvi şəkildə peyvənd olunmağa dəvət edib. Geri qayıt |