Əsas Səhifə > Dünya > Marketlərdə ərzaq tapılmır, ordudan kömək istədilər

Marketlərdə ərzaq tapılmır, ordudan kömək istədilər


9-08-2021, 08:56
Marketlərdə ərzaq tapılmır, ordudan kömək istədilər
Britaniya hökuməti bildirib ki, supermarketlərdə ərzaq çatışmaması səbəbilə ordudan kömək istəyəcək.

Sputnik Azərbaycan bildirir ki, bu barədə Daily Mail yazır.

Böyük Britaniya hökuməti supermarketlərə ərzaq və dərman vasitələri çatdırmaq üçün ordudan Kral Logistika korpusundan iki minə yaxın sürücü göndərməyi xahiş edəcək. Silahlı Qüvvələrə rəsmi müraciətin yaxın günlərdə göndəriləcəyi bildirilir.

Tədarüklə bağlı problem ölkədə 100 min yük maşını sürücüsünün çatışmaması nəticəsində yaranıb. Avtodaşıyıcılar Assosiasiyasından bildiriblər ki, sürücülərin çoxu Brexit-dən sonra Britaniyanı tərk edib, minlərlə yeni sürücü isə vəsiqə üçün imtahan verəcəyi günü gözləyir. Üstəlik, koronavirus pandemiyası səbəbindən tətbiq olunan lokdaun da vəziyyəti qəlizləşdirir.

Bu yaxınlarda məlum olub ki, Böyük Britaniyada koronavirusa yoluxma "cavanlaşıb", yəni xəstəxanaya daha çox 35 yaşınadək olan insanları aparırlar. Müalicə üçün müraciət edən gənclərin payı da dörd dəfə - 5.4-dən 20 faizədək artıb. Yəni ölkədə hər beşinci xəstə cavandlr.



Geri qayıt