Əsas Səhifə > Dünya > Rusiya Armen Qriqoryanın Ermənistanın xarici işlər naziri olmasını istəmir

Rusiya Armen Qriqoryanın Ermənistanın xarici işlər naziri olmasını istəmir


5-08-2021, 10:48
Rusiya Armen Qriqoryanın Ermənistanın xarici işlər naziri olmasını istəmir
“Ermənistanın yeni parlamentinin ilk iclasından 4 gün keçsə də xarici işlər naziri vəzifəsi hələ də boşdur”.

“Report” xəbər verir ki, bunu “Joxovurd” qəzeti yazıb.

Məqalədə qeyd olunub ki, Ermənistanın Baş naziri Nikol Paşinyan Armen Qriqoryanı xarici işlər nazirinin birinci müavini təyin edib. Amma hökumət başçısı xarici işlər naziri təyin etməyə tələsmir.

“Konstitusiyaya əsasən, Nikol Paşinyanın hökuməti formalaşdırması üçün 5 gün möhləti var. Bu müddət sabah, avqustun 6-da başa çatır. Qərar qəbul etmək elə də sadə olmayacaq. Məsələ bundadır ki, Rusiya Armen Qriqoryanın xarici işlər naziri təyin olunmasına qarşıdır. Bu halda Rusiya tərəfi üçün ən uyğun variant Ermənistan parlamentinin keçmiş sədri Ararat Mirzoyanın XİN rəhbəri təyin olunmasıdır”, - qəzet yazıb.

Qeyd edək ki, N.Paşinyanın başçılıq etdiyi nümayəndə heyəti avqustun 5-də İrana yola düşüb. O, İran Prezidenti İbrahim Rəisi ilə görüşəcək və onun rəsmi andiçmə mərasimində iştirak edəcək. A.Qriqoryan da N.Paşinyanla birlikdə İrana gedib.

Xatırladaq ki, N.Paşinyan iyulun 14-də A.Qriqoryanı Təhlükəsizlik Şurasının katibi vəzifəsindən azad edərək xarici işlər nazirinin birinci müavini vəzifəsinə təyin edib.


Geri qayıt