Əsas Səhifə > Dünya > Kuba XİN: Vaşinqtondakı səfirliyimiz mühasirəyə alınıb

Kuba XİN: Vaşinqtondakı səfirliyimiz mühasirəyə alınıb


28-07-2021, 08:59
Kuba XİN: Vaşinqtondakı səfirliyimiz mühasirəyə alınıb
Kubanın Xarici İşlər Nazirliyi ölkənin ABŞ-ın paytaxtı Vaşinqtondakı səfirlik binasının “mühasirəyə alındığını” bildirib.

“Report”un məlumatına görə, nazirlik bu barədə özünün tvitterdəki səhifəsidə xəbər verib.

"Bizim diplomatik nümayəndəliklərimizin mühasirəsi davam edir, bu dəfə Vaşinqtondakı səfirliyimizin ətrafında", - deyə Kubanın Xarici İşlər Nazirliyinin sosial şəbəkədəki hesabında qeyd edilib.

Paylaşıma əlavə edilən edən şəkillərdə Kubanın Vaşinqtondakı səfirliyinin hasarının plakatlarla və transparantlarla örtülməsi əks olunub.

Qeyd edilir ki, bu səfirlik həmçinin 2020-ci ildə terror aktından zərər çəkib. Lakin ABŞ hökuməti hadisə ilə bağlı indiyə qədər susur.

Xatırladaq ki, ötən ilin aprelində naməlum kişi Vaşinqtonda Kuba səfirliyinin binasına atəş açıb. Hadisə nəticəsində heç kim xəsarət almayıb, amma binaya zərər vurulub.

Eyni zamanda dünən naməlum cinayətkarlar Kubanın Fransadakı səfirliyinin binasına yandırıcı qarışığın olduğu butulkalarla hücum ediblər.

Kuba XİN: Vaşinqtondakı səfirliyimiz mühasirəyə alınıb
Kuba XİN: Vaşinqtondakı səfirliyimiz mühasirəyə alınıb
Kuba XİN: Vaşinqtondakı səfirliyimiz mühasirəyə alınıb


Geri qayıt