Əsas Səhifə > Dünya > Ağ Evin keçmiş baş həkimi Baydenin müayinədən keçməsini tələb edib

Ağ Evin keçmiş baş həkimi Baydenin müayinədən keçməsini tələb edib


26-07-2021, 07:36
Ağ Evin keçmiş baş həkimi Baydenin müayinədən keçməsini tələb edib
Konqresmen və Ağ Evin keçmiş baş həkimi Roni Cakson hesab edir ki, dövlət başçısı Co Bayden prezidentlik müddətinin sonuna qədər bu vəzifədə qala bilməyəcək.

“Report” xəbər verir ki, bu barədə R. Cakson özünün tvitter səhifəsində yazıb.

Onun sözlərinə görə, ABŞ lideri mütləq fiziki müayinəndən keçməlidir: “Donald Tramp Baydenin niyə bu qədər qorxduğunu bilirdi?” , - deyə o tvitterdə yazıb.

O, həmçinin Amerika liderinin fiziki və ruhi sağlamlığının müayinəsini tələb edən petisiya hazırlayıb. Ağ Evin keçmiş baş həkimi ayrıca Baydenin mütəşəkkil cinayətkarlığa qarşı mübarizə üzrə siyasətini də tənqid edib.


Geri qayıt