Əsas Səhifə > Dünya > KƏNAN EVREN MƏHKƏMƏ QARŞISINDA
KƏNAN EVREN MƏHKƏMƏ QARŞISINDA23-01-2012, 12:20 |
O, TÜRKEŞİN ÖLÜMÜNÜN İLDÖNÜMÜNDƏ MÜHAKİMƏ OLUNACAQ 1980-ci ildə dövlət çevrilişinin təşkilində ittiham edilən Türkiyənin sabiq prezidenti Kenan Evren və istefada olan general Əli Tehsin Şahinkayanın məhkəmə prosesi təsadüfən maraqlı bir günlə üst-üstə düşüb. Proses türk milliyətçiliyinin əfsanəvi şəxsiyyəti, Milliyətçi Hərəkat Partiyasının (MHP) qurucusu, mərhum Başbuğ Alparslan Türkeşin ölümünün ildönümü, aprelin 4-də başlayacaq. Xəbərə görə, 1975-ci ildə Milliyyətçi Cəbhənin tərkibində baş nazirin müavini olan Türkeş, 12 sentyabr çevrilişindən sonra həbs olunub. 4,5 il həbsdə qalan Türkeş, 1985-ci il aprelin 9-da edam cəzasından bəraət alıb. 1987-ci ildə Milliyətçi Çalışma Partiyasını (MÇP) qurub, 1991-ci ildə Yozqat millət vəkili seçilib. 1993-cü ildə MÇP adını dəyişərək, Milliyətçi Hərəkat Partiyası kimi fəaliyyətə başlayıb. Alparslan Türkeş 1997-ci ildə ürək çatışmazlığından vəfat edib. Geri qayıt |