Əsas Səhifə > Dünya > “Üstümüzdən “Bayraktar” uçsa kim onu görəcək? Allahın ümidinə qalan kəndlilər?...”

“Üstümüzdən “Bayraktar” uçsa kim onu görəcək? Allahın ümidinə qalan kəndlilər?...”


19-07-2021, 09:41
“Üstümüzdən “Bayraktar” uçsa kim onu görəcək? Allahın ümidinə qalan kəndlilər?...”
Yunanıstan mediası Albaniyanın Türkiyədən 5 ədəd “Bayraktar TB2” döyüş pilotsuz təyyarəsi sifariş verməsini ciddi narahatlıqla qarşılayıb. Virtualaz.org xəbər verir ki, yunan mediası Türkiyənin pilotsuz sistemlərin ixracını getdicə genişləndirdiyini qeyd edir. “Star” qəzetinin hazırladığı xülasədə bildirilir ki, yunan mediasında Azərbaycan Türkiyədən aldığı “Bayraktar TB2” pilotsuz döyüş təyyarələri sayəsində Qarabağda müharibənin gedişatını dəyişdirdiyini yazırlar. Polşa isə bu yaxınlarda Türkiyədən “Bayraktar” sifariş verən ilk NATO ölkəsi oldu. Habelə Mərakeş, Tunis və Ukrayna da artıq “Bayraktar”lar alıblar. Albaniya isə 2020-ci ildə bu pilotsuz təyyarələrdən 5 ədəd sifariş verib. Bildirilir ki, “Bayraktar”ların radarları 5 kilometr məsafədən hədəfləri təsbit edir və onlara MAM-L və MAM-C “ağıllı” raketləri ilə dəqiq zərbələr endirir.

Yunan mediası yazır ki, Albaniyanın Türkiyədən alacağı PUA-lar Yunanıstan üçün təhdid təşkil edəcək. “Tək başına Yunanıstan üçün təhdid təşkil etməyən Albaniya Türkiyə ilə işbirliyi halında son dərəcədə təhlükəli hala gələ bilər”,-yunan mediasında bildirilir.

Türkiyə mediası bu yazılanlardan sitat gətirib qeyd edir ki, Yunanıstanda Albaniyanın “Bayraktar”ları Epir və şimali İon adaları üzərindən uçuşlar keçirmək üçün istifadə edə biləcəyindən narahatdırlar. Çünki bu adalarda Yunanıstanın hərbi iştirakı zəifdir və hava hücumundan müdafiə sistemi yoxdur.

“Albaniya PUA-ları yunan torpaqları üzərindən uçsa onları kim görəcək? Dövlətin Allahın ümidinə buraxdığı Pagonios kəndlərinin bir neçə sakinimi? Ümid etmək qalır ki, gələcəkdə Albaniya PUA-larının Yunanıstan hava məkanına daxil olması və yunan təyyarələrinin onların qarşısını alması kimi xəbərlər eşitməycəyik. Çünki daha da təhlükəli və nəzarətdən çıxa bilən vəziyyətlərlə üzləşərik”,-yunan mediası yazır.


Geri qayıt